📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kreml Ermənistanı Rusiya əleyhinə açıqlamalarına və siyasətinə görə cəzalandırır" - ELXAN ŞAHİNOĞLU

2023-10-03 14:56:22

"Rusiya Ermənistana ucuz qaz satmaqdan imtina edərsə, ABŞ və Fransa bu problemi necə həll edəcəklər?"

"ABŞ və Fransadakı ermənipərəst dairələrin Ermənistana siyasi dəstəkləri davam edərkən, həmin mərkəzlər bu ölkənin üzləşəcəyi iqtisadi problemlərinə necə yardım edəcəkləri barədə fikir bildirmirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşınının gömrükdə növbə gözlədiyini vurğulayan politoloqun sözlərinə görə, aydındır ki, Kreml bu yolla Ermənistan hökumətini Rusiya əleyhinə açıqlamalarına və siyasətinə görə cəzalandırır: "ABŞ və Fransa bu konyakları öz bazarlarına buraxmağa hazırdırmı? Və ya Rusiya Ermənistana ucuz qaz satmaqdan imtina edərsə, ABŞ və Fransa bu problemi necə həll edəcəklər?"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az