📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kreml Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını təmin etməlidir" - ELXAN ŞAHİNOĞLU

2021-11-04 11:20:00

""Altılıq formatı" ona görə Rusiyanın maraqlarına cavab verir ki, regional məsələlərə ABŞ və Avropa İttifaqı qarışmasın"

"Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə ölkəsinin Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü "altılıq platforması"nın ("3+3") yaradılması ideyasını dəstəklədiyini bir daha bəyan edib: "Əlbəttə, hesab edirik ki, bu planı praktik müstəviyə keçirməyin vaxtı gəlib çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu əməkdaşlıq formatında nəzərdə tutulan bütün iştirakçıların maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxmasına kömək edər. Məsələlər çoxdur. Bu əməkdaşlıq formatı həm köhnə problemlərin, həm də yeni çağırışların həllinə kömək edə bilər və etməlidir"". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

"Bəs onda Moskva İrəvanı niyə tələsdirmir" sualını cavablandıran politoloqun qənaətincə, "altılıq formatı" ona görə Rusiyanın maraqlarına cavab verir ki, regional məsələlərə ABŞ və Avropa İttifaqı qarışmasın: "Elə biz də Vaşinqtonla Brüsselin Cənubi Qafqaza müdaxiləsini arzulamırıq. Müharibə dövründə verdikləri açıqlamaları unutmamışıq. Buna baxmayaraq, əgər Kreml "altılılıq formatı"nın reallaşmasını istəyirsə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını təmin etməlidir. Bu olmadan "altılıq formatı" işləməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az