📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml İranın Suriyadakı konsulluğunun vurulmasını qınadı

2024-04-02 15:27:48

Kreml İranın Suriyadakı konsulluğunun vurulmasını qınadı

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, Kreml İsrailin İranın Suriyadakı konsulluğuna zərbə endirməsini "təcavüz aktı və beynəlxalq hüquq pozuntusu" adlandırıb, eyni zamanda nəticə çıxarmağa tələsməməyə çağırıb. Bu barədə açıqlamanı Rusiya Prezidentinin mətubat katibi Dmitri Peskov verib.
Bəlli olduğu kimi, İsrailin Hərbi Hava Qüvvələri Dəməşq şəhərinin qərbinə raket zərbəsi endirib. Həmin ərazidə İran İslam Respublikasının səfirliyi və konsuluğu yerləşir. Hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və onların beş nəfər köməkçisi həlak olublar.
İran Prezidenti İbrahim Rəisi Tehranın bu zərbələrə cavab verəcəyini bildirib.
Hürr Tərcüman