📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml İsrailin təklifinə cavab verdi

2022-04-20 14:20:00

Kreml İsrailin təklifinə cavab verdi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat təmsilçisi Dmitri Peskov İsrail dövlətinin Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş təşkil eləmək təklifinə cavab verib.

Peskov İsrail tərəfininin bu təklifi ilk dəfə səsləndirmədiyini, lakin Moskvanın belə bir görüşə necə bir hazırlıq aparılmasının lazım gəldiyini dəfələrlə izah elədiyini bildirib.

Kremlin nümayəndəsi deyib: “İsrail tərəfi artıq ilk dəfə deyil ki, belə bir görüşə ev sahibliyi eləməyə hazır olduğunu bildirib və biz də dəfələrlə izah eləmişik ki, belə hipotetik görüş üçün zəmin olmalıdır”.

Qeyd edək ki, İsrailin Moskvadakı səfiri Aleksandr Ben Tsvi ölkəsinin Qüds şəhərində Putin ilə Zelenskinin görüşünü qəbul eləməyə hazır olduğunu bəyan eləmişdi.

Hürr Tərcüman