"Kreml konsulluq xidməti vasitəsilə itirdiyi mövqeləri bərpa etmək istəyir" - POLİTOLOQ
2024-05-29 10:56:26
"Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluq xidmətinin açılması doğru deyil"
"Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı, Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluq xidmətinin açılması doğru deyil: "Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az