📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml: Lavrov və Şoyqu hökumətdəki vəzifələrində qalacaqlar

2021-09-27 16:24:00

Kreml: Lavrov və Şoyqu hökumətdəki vəzifələrində qalacaqlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri, ordu generalı Sergey Şoyqu hökumətdəki vəzifələrində qalacaqlar.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, S. Lavrov və S. Şoyqunun Dövlət Dumasına getməyəcəklərini qeyd edib.

Xatırladaq ki, 19 sentyabrda VIII çağırış Dövlət Dumasına keçirilmiş seçkilərdə hakim “Vahid Rusiya” partiyasının siyahısında ilk “beşlik”də S. Lavrov və S. Şoyqu olub.