📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml: “NATO-nun genişləşməsi Avropada təhlükəsizliyi artırmaz”

2022-04-11 17:49:00

Kreml: “NATO-nun genişləşməsi Avropada təhlükəsizliyi artırmaz”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Moskva şəhərində jurnalistlərə açıqlamasında İsveç ilə Finlandiyanın NATO-ya qoşulacağı təqdirdə Avropada təhlükəsizliyin artmayacağını bildirərək deyib: “NATO sülh və sabitlik təmin edən bir ittifaq deyil”.

Peskov deyib: “NATO sülh və sabitliyi təmin edən ittifaq deyil, ittifaq bir münaqişə vasitəsidir. İttifaqın daha çox genişlənməsi də qətiyyən Avropada təhlükəsizliyi artırmaz”.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq aprelin 7-də NATO xarici işlər nazirlərinin iclasındakı çıxışında Ukrayna müharibəsinin aylar, hətta illərlə davam edə biləcəyini, Finlandiya ilə İsveçin İttifaqa daxil olmağı istəyəcəkləri təqdirdə bu tələbin tez bir zamanda reallaşdırılacağını söyləmişdi.

Hürr Tərcüman