📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml Paşinyana cavab verdi

2023-06-02 16:45:00

Kreml Paşinyana cavab verdi

“Rusiya Ermənistanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyini nəzərə alır”.

Hurriyyet.az xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“Bilirik ki, Ermənistanın Ukrayna ətrafındakı münaqişəyə yanaşmasında müəyyən nüanslar var. Biz bunu bilirik və nəzərə alırıq”, - deyə Peskov qeyd edib. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “CNN Prima News”a müsahibəsində bildirib ki, Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil.

qafqazinfo.az