📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml: "Paşinyanın açıqlamasını aydınlaşdıracağıq"

2024-02-26 16:33:13

Kreml:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən mətbuat konfransındakı çıxışı zamanı Baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvlüyünü "dondurması" barəsində açıqlamasını aydınlaşdırmaq üçün Moskvanın İrəvanla təmasları davam etdirdiyini deyib.  
RF Prezidenti Vladimir Putinin təmsilçisi Moskvanın Ermənistanın mövqeyini hələ anlamadığını bildirib. Peskov deyib: "Müvafiq sənədlərin mətnlərini nəzərdən keçirsək, sadəcə belə bir rejimin de-yure mövcud olmadığını görərik.
Biz erməni tərəfdaşlarımızla yetərincə sıx təmasdayıq. Əlbəttə ki, bunu aydınlaşdıracağıq".
Hürr Tərcüman