📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml Paşinyanın iradlarına cavab verdi

2024-03-13 17:58:43

Kreml Paşinyanın iradlarına cavab verdi

Moskva Ermənistanın həm bu təşkilat çərçivəsində, həm də ikitərəfli əsasda KTMT-də gələcək iştirakı məsələsində İrəvanla dialoqa hazırdır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Martın 12-də Ermənistanın baş naziri deyib ki, KTMT-nin Ermənistandakı məsuliyyət zonası ilə bağlı qənaətbəxş cavablar almasa, ölkəsi KTMT-dən çıxacaq.

Kreml nümayəndəsi bununla bağlı deyib: “Əlbəttə, bu bəyanatları eşitdik, açıq-aydın görünür ki, qarşıda çox iş var, həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə. Hörmətli baş nazirin verdiyi açıqlamalar istiqamətində dəqiqləşdirəcək və danışacağıq”, - deyə Peskov vurğulayıb.

Moskvanın KTMT-nin fövqəladə sammitinin çağırılmasını zəruri hesab edib-etməməsi ilə bağlı suala Peskov belə cavab verib: “Bunu KTMT-dən soruşmaq lazımdır, biz KTMT adından danışa bilmərik”.

yenisabah.az