📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml Paşinyanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq

2024-06-13 15:14:01

Kreml Paşinyanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq

Hurriyyet.az xəbər verir ki, Kremldə Paşinyanın KTMT ilə bağlı mövqeyi aydınlaşdırılacaq. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Rusiya Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq. Bu zaman tərəfdaşlıq və müttəfiqlik münasibətlərini də nəzərə alacaq.
"Zvezda" telekanalının məlumatına görə, Peskov deyib: "Biz erməni dostlarımızla çalışmağa davam edəcək, onların mövqeyini aydınlaşdıracağıq. Əlbəttə ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin tərəfdarı olaraq qalacağıq".
Kremldə hesab edirlər ki, erməni tərəfi də bu münasibətlərdə maraqlıdır.
Hürr Tərcüman