Kreml: Putin və Netanyahu İran ətrafındakı vəziyyəti müzakirə ediblər
2026-01-16 14:59:42
Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı İran ətrafındakı vəziyyəti müzakirə edib.
Bəyanatda deyilir: "Tərəflər Yaxın Şərqdəki vəziyyəti və İran ətrafındakı hadisələri müzakirə ediblər. Vladimir Putin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik səylərin intensivləşdirilməsinə dəstək verən fundamental yanaşmaları açıqlayıb".
Putin Rusiyanın "bütün maraqlı dövlətlərlə vasitəçilik etmək və konstruktiv dialoqu təşviq etmək səylərini davam etdirməyə" hazır olduğunu təsdiqləyib. Tərəflər müxtəlif səviyyələrdə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Hurriyyet.az