📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib edib

2023-10-24 14:27:57

Kreml Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib edib.

Hurriyyet.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, Peskov bu cür bəyanatların Kremldə ancaq gülüşə səbəb olduğunu söyləyib.

"Xeyr. Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lər tərəfindən inadla müzakirə olunan absurd informasiya şayiələri kateqoriyasına aiddir. Əlbəttə ki, bu, təbəssümdən başqa heç nəyə səbəb olmur", - deyə Kremlin sözçüsü vurğulayıb.