Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu gün keçiriləcək görüşü barədə məlumat yayıb
2021-11-26 13:05:00
Tərəflər 9 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsinin vəziyyətini müzakirə edəcəklər.
Rusiya Prezidenti V.Putin, Azərbaycan Prezidenti İ.Əliyev və Ermənistanın Baş naziri N.Paşinyan arasında görüş Soçidə baş tutacaq.
Hurriyyet.az-ın xəbərinə görə bu barədə “TASS” agentliyi Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüş V.Putinin təşəbbüsü ilə baş tutacaq. Görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər. Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək.
Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.