📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml Rusiyada "Telegram"ın məhdudlaşdırılmasına münasibət bildirib

2026-02-11 14:01:52

Kreml Rusiyada

"Telegram"ın məhdudlaşdırılmasına təəssüflənmək olar, amma qanun icra olunmalıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiyada "Telegram"ın məhdudlaşdırılmasına münasibət bildirərkən deyib.

Məhdudiyyətlərin mümkün nəticələrindən danışan Peskov "Telegram" vasitəsilə cəbhədə ünsiyyətin mümkün olmayacağını vurğulayıb.

Kreml sözçüsü əlavə edib ki, "Telegram" ilə əlaqələr davam edir, lakin messencer qanuni tələblərə əməl etməyincə, Roskomnadzor məhdudiyyətlər tətbiq edəcək.