Kreml sözçüsü Dmitri Peskov: Moskva Cənubi Osetiya xalqının seçiminə hörmət edir
2022-03-31 15:19:00
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi və bu məsələ ilə bağlı referendum məsələsində söhbət Moskvanın hörmət etdiyi xalqın seçimindən gedir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mən birləşdirilmə və referendumla bağlı heç bir mövqe bildirə bilmərəm. Biz bununla bağlı heç bir hüquqi və ya başqa addım atmamışıq, amma eyni zamanda, indiki halda söhbət xalqın fikrini ifadə etməkdən gedir. Cənubi Osetiya və biz ona hörmətlə yanaşırıq”, deyə Peskov cümə axşamı jurnalistlərə bildirib.
Ülviyyə, Hurriyyet.az