Kreml sözçüsü Peskov: Qarabağ Azərbaycanın ərazisidir, məsələ Bakı ilə müzakirə olunacaq
2023-09-29 14:35:53
Ermənilər Qarabağı tam tərk edərkən rus sülhməramlılarının sonrakı funksiyası sual doğuran məsələlərdəndir. Əlbəttə ki, bu məsələnin əsas tərəf müqabili Rusiyadır.
Odur ki, rəsmi Moskva Kreml sözçüsünün diliylə bu məsələyə münasibət bildirdi. “Bura Azərbaycanın ərazisidir, məsələ Bakı ilə müzakirə olunacaq”, deyə Rusiya prezidentinin mətbuat katibi Peskov hərbi kontingentin Qarabağda qalma müddətinin uzadılması ehtimalını şərh edərkən bildirib.
Ülviyyə, Hurriyyet.az