Kreml sözçüsü Peskov: Rusiya ABŞ-Ermənistan tərəfdaşlığından narazıdır
Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri və Ermənistanla ABŞ arasında keçirilən birgə təlimlə bağlı açıqlama verib. Peskov ABŞ-ın Ukraynaya dəstəyinə reaksiya versə də, Ermənistanla birgə təlimin Rusiyanı narahat etdiyini bildirib və ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynaya səfəri zamanı deyib: “Onlar heç bir xərc çəkmədən müharibəni son Ukraynalıya qədər aparacaqlar”.
Peskov bu yardımın “xüsusi hərbi əməliyyata” təsir etməyəcəyini bildirib.
Eyni zamanda Rusiya ABŞ-Ermənistan tərəfdaşlığından narazıdır. Belə ki, Ermənistanın 11-20 sentyabr tarixlərində öz ərazisində ABŞ-la birgə “Qartal tərəfdaşı 2023” təlimi keçirəcəyini də dəyərləndirən Peskov, Rusisyanın narazılığını, “Təbii ki, bu cür xəbərlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edib vəziyyəti izləyəcəyik”, sözlərilə biruzə verib.
Ülviyyə, Hurriyyet.az