Kreml sözçüsü Peskov: Rusiya, Azərbaycan və Ermənistan başçıları MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində danışa bilərlər
Rusiya, Azərbaycan və Ermənistan başçıları MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində danışa bilərlər. Hələlik Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşlə bağlı dəqiq razılaşma yoxdur.
Bunu dekabrın sonunda MDB sammiti çərçivəsində üçtərəfli görüşün razılaşdırılıb- razılaşdırılmaması ilə bağlı jurnalistlərin sualını cavablandıran Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Eyni zamanda, siz bilirsiniz ki, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü planlaşdırılır və burada ən azı üç nəfərin ən azı kənarda danışmaq imkanı olacaq”, deyə Rusiya prezidentinin mətbuat katibi şərh edib.
"Sonrası necə olacaq - hələ ki, iş davam edir", Peskov deyib.
Ülviyyə, Hurriyyet.az