📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml sözçüsü Peskovdan AÇIQLAMA: Ukraynaya razılaşma sənədi vermişik, cavab gözləyirik

2022-04-20 15:16:00

Kreml sözçüsü Peskovdan AÇIQLAMA: Ukraynaya razılaşma sənədi vermişik, cavab gözləyirik

Rusiya Ukraynaya aydın dillə sənəd layihəsini təhvil verib və cavab gözləyir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 
“Prezident bildirib ki, Ukrayna tərəfi daima əvvəllər verilmiş razılaşmalardan yayınır, öz sözlərindən yayınır. Bunun danışıqların effektivliyi baxımından çox pis nəticələri var. Hazırda bizim sənəd layihəsi Ukrayna tərəfinə təhvil verilib ki, orada da sənədin mətni tam aydın formada işlənmişdir. Top onların tərəfindədir, cavab gözləyirik”, Peskov deyib.

Ülviyyə, Hurriyyet.az