📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml sözçüsündən ruslara pis xəbər - "Biz azalırıq..."

2024-07-26 14:20:48

Kreml sözçüsündən ruslara pis xəbər -

Rusiyada doğum səviyyəsi dəhşətli dərəcədə aşağı səviyyədədir. Eyni zamanda bu, millətin gələcəyi üçün fəlakətlidir.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiyada mövcud orta göstərici Avropa ölkələrindəki doğum səviyyəsi ilə müqayisə oluna bilər. Amma bu, millətin gələcəyi üçün kifayət deyil. Biz dünyanın ən böyük ölkəsində yaşayırıq. Amma hər il azalırıq. Bunun öhdəsindən ancaq orta doğum səviyyəsini artırmaqla nail olmaq olar”, - Peskov deyib./Teleqraf.com/