Kreml: Taxıl sazişinə xitam verildi
2023-07-17 13:37:00
Taxıl sövdələşməsi ilə bağlı razılaşmalara faktiki xitam verildi, saziş dayandırıldı.
Hurriyyet.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya onunla bağlı razılaşmalar həyata keçirilən kimi dərhal razılaşmaya qayıdacaq”, - o bildirib.
Qeyd edək ki, bu gün taxıl sazişinin müddəti başa çatıb.