📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml Trampın dünya tarixinə düşəcəyini proqnozlaşdırdı

2026-01-19 14:12:23

Kreml Trampın dünya tarixinə düşəcəyini proqnozlaşdırdı

Hurriyyet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-a birləşdirilməsi məsələsini həll etməklə dünya tarixinə düşəcək. Bunu “RİA Novosti” agentliyinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qrenlandiyanın birləşdirilməsi məsələsini həll etməklə Trampın şübhəsiz ki, tarix yazacağına inanan beynəlxalq ekspertlər var. Və bu, təkcə ABŞ tarixində deyil, həm də dünya tarixində olacaq", - Kremlin sözçüsü bildirib. Peskov bildirib ki, bu ekspertlərlə razılaşmamaq çətindir. Daha əvvəl Kolumbiya Universitetinin professoru və amerikalı iqtisadçı Ceffri Saks Trampın çox güman ki, Qrenlandiyanı ilhaq edəcəyini bildirmişdi.

Hurriyyet.az