Kreml: “Türkiyə Rusiyaya dost ölkədir”
2022-09-06 14:01:00
Hurriyyet.az “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Türkiyənin əməkdaşlığının yüksək potensiala malik olduğunu bildirib.
Peskov deyib: “Türkiyə bizim üçün dost ölkədir, o, bizim çox mühüm tərəfdaşımızdır – həm büynəlxalq siyasət baxımından siyasi məsələlərdə, həm də ticari-iqtisadi əməkdaşlıq sahəsində”.
Peskov Ankaranın “suveren, müstəqil xarici siyasət” nümayiş etdirərək antirusiya sanksiyalarına qoşulmadığını xatırladıb.
Peskov qeyd edib ki, Rusiya ilə Türkiyə “bir-birinin maraqlarına qarşılıqlı hörmət və qarşlılıq mənfəət prinsipindən çıxış edərək” münasibət qururlar.
Hürr Tərcüman