📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml üçtərəfli görüşü təsdiqlədi

2022-10-28 17:45:00

Kreml üçtərəfli görüşü təsdiqlədi

Oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü olacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq”, - Kremlin yaydığı məlumatda qeyd olunub.

Putinin Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda görüşü də nəzərdə tutulub.

bakupost.az