“KREML VARDANYANI QARABAĞA QAYTARIB...” - “Caliber”
2023-02-14 15:28:00
Özünü Xankəndidəki separatçı rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyan Qarabağa qayıdıb.
Bu barədə “Caliber”in “Telegram” kanalı məlumat yayıb: “Əldə etdiyimiz məlumata görə, Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb...".
Hurriyyet.az xəbər verir ki, kanaklın məlumatında qeyd edilir ki, bu, nümayişkaranə şəkildə Azərbaycanı təhqir etməkdir: "Üstəlik, Moskvanın bu addımı Nikol Paşinyan hökuməti ilə razılaşdırılıb. Nəticələr bütün regional münasibətlər kompleksi üçün, ilk növbədə isə Ermənistan tərəfi üçün son dərəcə ağır olacaq.
Hələlik bu qədər..."
Azpolitika.info