📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml yeni “maliyyə mənbəyi” tapıb - Rusiyanı tərk edən şirkətlərdən haqq alınır

2023-03-28 21:50:00

Kreml yeni “maliyyə mənbəyi” tapıb - Rusiyanı tərk edən şirkətlərdən haqq alınır

Rusiyanı tərk etmək istəyən, amma indiyə qədər bunu müxtəlif səbəblərdən edə bilməyən xarici şirkətlər çətin durumla üzləşiblər.

Rusiya hökuməti ölkə ərazisindəki mülkiyyətini, biznesini satıb çıxmaq istəyən şirkətlərə 10 faizlik əlavə vergi təyin edib.

Xəbərdə qeyd olunur ki, Norveçin “Wenaas” şirkəti Rusiyadakı mehmanxanalarını 203 milyon avroya satandan sonra həmin məbləğin 10 faizini Rusiya büdcəsinə köçürmək məcburiyyətində qalıb. Yeni qaydalara görə, Rusiyadan çıxan şirkət ya əldə etdiyi məbləğin 10 faizini dərhal büdcəyə köçürməli, ya da tam məbləği almaq üçün bir neçə il gözləməlidir. Ona görə, xarici şirkətlər birinci variantı seçirlər.

Ancaq preoblem bununla da bitmir. Belə ki, şirkətlərin Rusiyanı tərk etməsinə nəzarət üçün hökimətin nəzdində xüsusi komissiya yaradılıb. Onun icazəsi olmadan şirkətlər alacaqlarını ölkədən çıxara bilməzlər. Həmin komissiyaya artıq 2000-dən artıq müraciət daxil olduğu halda, qurum gün ərzində cəmi 6-7 şirkətin müraciətinə baxır. \\AzPolitika.info