📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml yenidən nüvə şantajına əl atdı

2023-04-05 11:40:00

Kreml yenidən nüvə şantajına əl atdı

Kreml Qərbin Ukraynaya hərbi yardımını dayandırmaq üçün yenidən nüvə təhdidlərinə əl atır.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya müdafiə naziri Şoyqu ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını onunla əsaslandırıb ki, NATO Moskva və Minsk sərhədləri yaxınlığında döyüş hazırlığı, kəşfiyyat fəaliyyətini gücləndirib. O, Qərbi Ukraynaya əlavə hərbi yardım göstərməklə müharibəni qızışdırmaqda ittiham edib. Eyni zamanda, Kreml Rusiya ictimaiyyətini inandırmağa çalışır ki, Ukraynadakı müharibə uzunmüddətli əhəmiyyətli iqtisadi nəticələrə səbəb olmayacaq”, - məlumatda deyilib.