📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml Zelenskini öldürmək üçün vaqnerçiləri göndərib

2022-02-28 10:33:00

Kreml Zelenskini öldürmək üçün vaqnerçiləri göndərib

Kreml Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək üçün Kiyevə 400-ə yaxın vaqnerçi göndərib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.

“Putinin yaxın adamı Yevgeni Priqojin tərəfindən idarə olunan “Vaqner” şirkəti 5 həftə əvvəl külli miqdarda pul müqabilində Zelenskini öldürmək üçün muzdlu əsgərlərini Afrikadan çağırıb”, - nəşr bildirib.

Qeyd olunur ki, bu barədə məlumat rəsmi Kiyevə şənbə günü çatıb və həmin vaxtdan etibarən şəhəri rus diversantlarından təmizləmək üçün 36 saatlıq sərt komendant saatı elan olunub.