📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldə şam yeməyi – Menyuda bunlar var idi

2024-05-09 11:55:22

Kremldə şam yeməyi – Menyuda bunlar var idi

Mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Kreml sarayında Ali Avrasiya İqtisadi Şurası ölkələrinin liderlərinə şam yeməyi verilib.

Hurriyyet.az yeniavaz.com-a istinadla xəbər verir ki, şam yeməyi menyusuna aşağıdakılar daxil olub:

- qızıl balıqlı pelmeni (rus mətbəxinə məxsus ətli xəmir yeməyi),
- mal döş əti, pampuşka (pişi növüdür) və xama ilə borş,
- çaytikanı şərbəti,
- balqabaqlı və ispanaqlı Baykal omulu (qızılbalıq növüdür),
- kartof və qovaq göbələyi sousu ilə “Pojarskaya” kotleti,
- “Anna Pavlova” deserti.

Qedy edək ki, mayın 8-də Kremldə Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Qazaxıstan, Özbəkistan və Kuba prezidentlərinin iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.