Kremldən açıqlama: “Ərdoğanın fəaliyyətini yüksək qiymətləndiririk”
2023-03-17 18:05:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlı və vasitəçi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Kremlin təmsilçisi Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdıməhəmmədovun Türkiyə Prezidentinin Nibel sülh mükafatına namizədliyinin irəli sürülməsi təklifindən danışıb. Peskov 17 mart tarixində keçirilən mətbuat konfransında deyib: “Sözsüz ki, biz cənab Ərdoğanın səylərini, sülhməramlı fəaliyyətini, onun vasitəçilik etmək cəhdlərini, Rusiya-Türkiyə ikitərəfli əlaqələrinin inkişafına münasibətini yüksək qiymətləndiririk”.
Hürr Tərcüman