Kremldən açıqlama: “Gərginliyin səbəbkarı NATO-dur”
2022-01-25 17:51:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Şərqi Avropadakı müttəfiqi olan ölkələrə əlavə qırıcılar və hərbi gəmilər göndərməsi açıqlamasına etirazını bildirərək, NATO qüvvələrinin Avropanın şərqinə yerləşdirilməsinin gərginliyi artıracağını söyləyib: “NATO-nun qüvvələrini artırdığını, hərbçilərini və texnikasını şərq qanadına doğru keçirdiyini görürük. Bütün bunlar gərginliyin artmasına səbəb olur. Bildirmək istəyirəm ki, bütün bunlar Rusiyanın fəaliyyəti ilə bağlı deyil. Bunlar tamamilə NATO-nun, ABŞ-ın fəaliyyəti və yaydıqları saxta məlumatlar səbəbindən baş verir”.
Hürr Tərcüman