📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən açıqlama: “Putin Ərdoğanla söhbətində buna hazır olduğunu bildirib”

2022-09-27 14:30:00

Kremldən açıqlama: “Putin Ərdoğanla söhbətində buna hazır olduğunu bildirib”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə dövlətinin başçısı R.T.Ərdoğanla söhbəti zamanı rəsmi Kiyev ilə danışıqlara hazır olduğunu bildirib.

 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən mətbuat konfransında jurnalistlərə verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı Rusiya Federasiyasının Ukrayna ilə danışıqlara hazır olduğunu söylədiyini bəyan edib. Kremlin təmsilçisi deyib: “Prezident söyləyib ki, Rusiya əvvəlki kimi danışıqlar aparmağa hazırdır, lakin, vəziyyət dəyişdikcə, şərtlər də dəyişir”.