📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Borrelin açıqlamasına cavab

2023-08-03 13:34:00

Kremldən Borrelin açıqlamasına cavab

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa diplomatiyasının başçısı Cozep Borrelin açıqlaması ilə bağlı fikrini bildirib. Borrel Rusiya Federasiyasını inkişaf eləməkdə olan ölkələri özündən asılı etmək üçün onlara ucuz taxıl satmaqda ittiham etmişdi.

Peskov Avropanın ittihama cavabında bildirib: “Bu, belə deyil. Rusiya həmişə etibarlı tədarükçü olaraq qalıb. Rusiya özünün bütün öhdəliklərini yerinə yetirir. Qanunsuz sanksiya məhdudiyyətləri olmasaydı, RF tələbatları ödəmək istiqamətində daha artığını edə bilərdi”.

Hürr Tərcüman