Kremldən Əliyev-Putin-Paşinyan görüşü barəsində açıqlama
2023-05-19 15:36:00
Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat təmsilçisi Dmitri Peskov jurnalistlərlə müsahibəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüş imkanları barəsində Kremlin açıqlama verəcəyini söyləyib.
Mayın 25-də üçtərəfli sammitin keçirilib-keçirilməyəcəyi barəsində sualın cavabında Peskov deyib: “Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada həm Avrasiya İqtisadi Forumu, həm də Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada gələcəyinə ümid edirik”.
Hürr Tərcüman