📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Ərdoğanın Azərbaycana səfəri barəsində açıqlama

2023-09-25 15:57:10

Kremldən Ərdoğanın Azərbaycana səfəri barəsində açıqlama

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Azərbaycan ilə Türkiyənin dövlət başçılarının Naxçıvandakı görüşünün regionda təhlükəsizliyi dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Peskov səfərlə bağlı sualın cavabında deyib: “Onlar suveren dövlətlərin inkişaf və əməkdaşlıq istiqamətində suveren hüquqlarını reallaşdırırlar. Biz Bakı ilə Ankara arasındakı münasibətlərin nə qədər sıx olduğunu bilirik. Həmçinin, Moskva da həm Ankara, həm də Bakı ilə sıx əlaqələrə malikdir”.

Hürr Tərcüman