📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Ermənistanın KTMT-dən çıxa biləcəyi məsələsinə REAKSİYA

2023-05-22 20:58:00

Kremldən Ermənistanın KTMT-dən çıxa biləcəyi məsələsinə REAKSİYA

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın qərarını dəyişdirmək üçün onunla dialoqu davam etdirəcək.

Bunu jurnalistlərlə söhbəti zamanı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ümumiyyətlə, KTMT üzv dövlətlər arasında avtoritetə malik bir təşkilatdır. Təşkilat artıq öz effektivliyini göstərib. Onun inkişaf potensialı var. Biz erməni dostlarımızla dialoqu davam etdirəcəyik və KTMT-də birgə iştirakımız barədə danışacağıq”, - deyə, Peskov bildirib. \\Musavat.com