📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Haniyənin qətli ilə bağlı açıqlama

2024-07-31 14:05:12

Kremldən Haniyənin qətli ilə bağlı açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə bağlı açıqlama verib.
Peskov Haniyənin ölümünə səbəb olan hücumun Yaxın Şərqdə sabitliyi poza biləcəyini və regionda sülhün bərqərar olması səylərinə qarşı yönəldiyini söyləyib.
Kremlin təmsilçisi deyib: "Bu cür addımların bölgədə sülhün bərqərar olması səylərinə qarşı yönəldiyini hesab edirik. Onsuz da gərgin olan vəziyyət daha da ağırlaşa bilər".
Hürr Tərcüman