Kremldən İrəvanla bağlı açıqlama: Razı deyilik!
2023-09-25 16:31:20
Hazırda Ermənistandakı vəziyyətlə bağlı müxtəlif səviyyələrdə dialoqlar aparılır.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xüsusilə bu çətin günlərdə Ermənistanla müxtəlif səviyyələrdə dialoq davam edir”, - o bildirib.
Peskov qeyd edib ki, Putin Paşinyanla telefon danışığı aparıb:
“Moskva Rusiya sülhməramlılarını nədəsə günahlandırmaq cəhdləri ilə razı deyil. Erməni tərəfi və Paşinyanla dialoqu davam etdirəcəyik, Qarabağ ermənilərinin bütün hüquqlarına riayət olunmasına çalışacağıq”./axar.az/