📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Lukaşenko ilə bağlı açıqlama - "Niyə masa arxasında oturmayıb?"

2023-05-10 14:41:00

Kremldən Lukaşenko ilə bağlı açıqlama -

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi mətbuat konfransında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Kremldəki qeyri-rəsmi səhər yeməyində iştirak etməməsinin səbəbini açıqlayıb. Peskov mayın 9-dakı qeyri-rəsmi səhər yeməyi zamanı Lukaşenkonun Kremldə olmamasının səbəbinin Minskdə Qələbə günü tədbirləri ilə əlaqədar olduğunu, buna görə də tez bir zamanda ölkəsinə qayıtdığını deyib.

Mətbuatda Lukaşenkonun xəstələndiyi barəsində xəbərlər yayılsa da, Peskov Belarus liderinin səhhəti barəsində açıqlama verməkdən imtina edib.

Peskov deyib: “Mənim Aleksandr Qriqoryeviçin səhhəti barəsində nəsə danışmağım böyük nəzakətsizlik olardı”.

Hürr Tərcüman