Kremldən Paşinyan ilə bağlı açıqlama
2023-05-05 16:49:00
Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat təmsilçisi Dmitri Peskov jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri ilə Rusiyanın dövlət başçısı arasında görüşdən danışarkən deyib: “Hələ irəli qaçmayaq. Müəyyən planlar müzakirə edilir. Bu müzakirələrin yekununa əsasən, biz müvafiq açıqlama verəcəyik. İndi bunun vaxtından qabaq olacağını hesab edirik”.
Xatırladaq ki, Nikol Paşinyan Praqadakı çıxışında yaxın günlərdə Rusiyaya gedəcəyini bildirib.
Hürr Tərcüman