Kremldən Paşinyanla bağlı açıqlama
2023-05-24 15:12:00
Hurriyyet.az “Sputnik Ermənistan” agentliyinə istinadla xəbər verir ki, mayın 24-də keçirilən Avrasiya iqtisadi forumunda Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir. Baş nazir Nikol Paşinyanın Moskva səfəri isə mayın 25-də başlanacaq. Bu barədə açıqlamanı RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov verib.
Bəlli olduğu kimi, sabah Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Putin və Paşinyan ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
Hürr Tərcüman