Kremldən Prezident Ərdoğanla bağlı açıqlama
2022-09-29 14:49:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat təmsilçisi Dmitri Peskov Rusiya liderinin yaxın zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışacağını təsdiqləyib.
Peskov deyib: “Bəli, belə bir telefon danışığı planlaşdırılır. Danışıq baş tutan kimi, məlumat verəcəyik”.
Qeyd edək ki, bir qədər əvvəl R.T.Ərdoğan rusiyalı həmkarı ilə telefonla danışacağını bəyan eləmişdi.
Hürr Tərcüman