📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı açıqlama

2024-03-13 14:49:39

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısı Vladimir Putinin Türkiyəyə səfərinə çoxdan hazırlıq getdiyini, bu səfərin mühüm olduğunu, lakin hələlik vaxtının müəyyənləşmədiyini deyib.
Peskov deyib: "Hazırda təmaslarla bağlı dəqiq vaxt bilinmir. Lakin görüşün vaxtı diplomatik kanallarla operativ şəkildə razılaşdırılacaq".
Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra Putinin Türkiyəyə səfərə gəlməsini gözlədiyini bəyan edib.  
Hürr Tərcüman