📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı son dəqiqə AÇIQLAMASI

2022-08-02 15:05:00

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı son dəqiqə AÇIQLAMASI

Putinlə Ərdoğan Soçidə iqtisadiyyatı, Suriyanı və Ukraynanı müzakirə edəcək.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin, tərəflərin taxıl razılaşmasının reallaşması ilə bağlı müzakirə aparacaqlarını əlavə edib.

Qeyd edək ki, avqusutun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşəcək.