📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı suallara cavab

2023-05-31 14:24:00

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı suallara cavab

Hurriyyet.az xəbər verir ki, Kremldən verilən açıqlamada Türkiyə və Rusiya prezidentlərinin görüşə hazırlaşdığı bildirilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 31-də jurnalistlərə açıqlamasında deyib: “Putin cənab Ərdoğana zəng edib onu Türkiyə Prezidenti postuna seçkilərdə qələbəsi münasibətilə təbrik edəndə prezidentlər yaxın gələcəkdə ikitərəfli görüş keçirmək niyyətlərini təsdiqlədilər. Görüşün harada və nə zaman olacağını dəqiqlədirmək üçün iki prezidentin qrfiklərini uyğunlaşdırmaq lazımdır. Lakin artıq belə bir görüşə hazırlaşdığımızı deyə bilərəm”.

Hürr Tərcüman