"Kremldən separatçılara əmr verilib ki, Ukrayna ərazisindəki müxtəlif hədəflər vurulsun" - ELXAN ŞAHİNOĞLU
"Rusiya mediası məhz Ukrayna ordusunun "təxribat" yaratdığını, separatçıların mövqelərini bombamaladığı görüntülərini yaymağa başlayıb"
"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hücum planını həyata keçirmək üçün hansı iki addımı atmalıdır? Birincisi, Kremldən separatçılara əmr verilib ki, qarşı tərəfi cavab atəşinə məcbur etmək məqsədilə Ukrayna ərazisindəki müxtəlif hədəflər vurulsun". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloqun sözlərinə görə, ikincisi, Rusiya mediası məhz Ukrayna ordusunun "təxribat" yaratdığını, separatçıların mövqelərini bombamaladığı görüntülərini yaymağa başlayıb: "Gələcək hərbi müdaxiləni əsaslandırmaq üçün bu iki istiqamətdə "iş" gedir. Klassik təxribat modelidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az