📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən SON DƏQİQƏ açıqlaması: Ərdoğanla Putin arasında MÜHÜM DANIŞIQ

2026-04-03 19:55:19

Kremldən SON DƏQİQƏ açıqlaması: Ərdoğanla Putin arasında MÜHÜM DANIŞIQ

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, iki ölkə lideri Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər.

Putin Ukrayna ilə bağlı danışıqlar prosesinə kömək etməyə hazır olduğuna görə Ərdoğana minnətdarlığını bildirib.

Putin və Ərdoğan İran ətrafındakı eskalasiyanın, xüsusilə energetika sahəsi üçün "mənfi nəticələrə" yol açdığını qeyd ediblər.

Tərəflər Rusiya-Türkiyə siyasi və ticari-iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımları da nəzərdən keçiriblər.