Kremldən Tbilisi ilə bağlı açıqlama
2024-10-15 15:39:22
Hurriyyet.az xəbər verir ki, Kreml Moskvanın Gürcüstanın işlərinə qarışmağa hazırlaşmadığını bəyan edib. RF Prezidentinin təmsilçisi Dmitri Peskov Rusiya üçün Gürcüstan parlamentinə seçkilərin maraqlı olmadığını söyləyib. Moskvanın təmsilçisi Qərbin Gürcüstan rəhbərliyinə təzyiq göstərməyə və seçkilərə təsir göstərməyə çalışması cəhdlərinin aşkar göründüyünü də qeyd edib.
Xəbər verdiyimiz kimi, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəni Rusiya hökumətinin idarə elədiyini bəyan etmişdi.
Hürr Tərcüman