📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldən Türkiyənin təklifinə: Çox çətindir!

2023-10-31 16:18:13

Kremldən Türkiyənin təklifinə: Çox çətindir!

BMT səmərəsiz olmasına baxmayaraq, yeganə beynəlxalq mexanizm olaraq qalır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin BMT-yə alternativ yaratmaq təklifini şərh edərkən deyib.

“Hesab edirik ki, BMT sistemi gündəlikdəki həyati məsələlərdə səmərəsiz olmasına baxmayaraq, yeganə və mübahisəsiz beynəlxalq mexanizm olaraq qalır”, - o bildirib.

Kreml nümayəndəsi əlavə edib ki, bu təşkilata alternativ yaratmaq çox çətindir, çünki bu, beynəlxalq konsensus tələb edir: “Türkiyənin belə bir mexanizm yarada biləcəyini zaman göstərəcək”./axar.az/